Hidayət Heydərov dördqat Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Senzor.az bildirir ki, 73 kiloqramda çıxış edən idmançı finalda Danil Lavrentevi (AİN) məğlub edərək, çempion tituluna yiyələnib.

 

Bununla da o, Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

 

O, bundan əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.

 

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub.

 

Aprelin 27-dək keçiriləcək Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.