Eynulla Fətullayevdən Sevil Nuriyevaya gözlənilməz sual: “SƏN TÜRK KƏŞFİYYATINA İŞLƏYİRSƏN?”
SENSASİON VİDEOMÜSAHİBƏ

Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri, tanınmış araşdırmaçı-jurnalist Eynulla Fətullayev iki gün əvvəl sosial şəbəkə hesabında belə bir anons vermişdi: “25 ildən sonra həmkarım Sevil Nuriyeva ilə kamera önündə fikir mübadiləsi apardıq. Daha doğrusu, mən açıq suallar verirdim, Sevil isə düşünüb cavab verirdi. Çətin suallar verdim, ağıllı cavablar aldım. Maraqlı alındı… 25 il öncə ANS-in “Nəzər Nöqtəsi”ndə olduğu kimi. Bir neçə gündən sonra haqqin.az saytında yayımlayacam”.

 

Senzor.az bildirir ki, E.Fətullayev vədinə əməl edib və həmin videosöhbəti dünən axşam yayımlayıb. 

 

Zəruri xatırlatma: Sevil Nuriyeva 1973-cü ildə Gəncə şəhərində anadan olub. 

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

 

Qazi Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.

 

Moskva Dövlət Universitetində doktoranturada təhsil alır. 

 

AzTV və ANS telekanallarında çalışıb. 

 

Beynəlxalq və milli ödüllərə layiq görülüb. 

 

ABŞ-ın Milli Demokratiya İnstitutunun xətti ilə beynəlxalq telekanallarda çalışıb.

 

Hazırda TRT telekanalının və “Star” qəzetinin siyasi analitikidir.

 

Beynəlxalq şərhçidir. 

 

Sevil Nuriyeva müsahibə boyu İraqda Türkiyənin hərbi əməliyyatının anonsunu verir, MİT və “FSB” haqqında danışır, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasında gözlənilən istefaları proqnozlaşdırır, Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə münasibətini və türk ictimai şüurunun kamalizmdən neo-osmanlılığa çevrilməsi ilə bağlı məqamları şərh edir, Kremldə çarın odasını, Parisin ən məşhur tarixi-mədəni abidələrini ziyarət etməsindən və s. danışır... Hətta E.Fətullayevin  türk kəşfiyyatı ilə əlaqələri haqda birbaşa sualını da cavablandırır...

 

Bir sözlə, həqiqətən də maraqlı söhbət alınıb. Mütləq baxın...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.