Bir daha Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqda - BU DƏFƏ MİR ŞAHİNİN TƏQDİMATINDA
VİDEO-XÜSUSİ BURAXILIŞ

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin bölgədən çıxarılmasına başlanılıb. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

 

Senzor.az xəbər verir ki, məsələyə Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, tanınmış jurnalist Mir Şahin Ağayev də münasibət bildirib. 

 

O, müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” verilişinin bir az əvvəl efirə gedən xüsusi buraxılışında qeyd edib ki, əslində bu, 30 illik işğalın bitirilməsi, Qarabağın, ətraf rayonların, Şuşa da daxil olmaqla əsarətdə olan bütün yaşayış məntəqələrimizin azad edilməsi, separatçılığın tabutuna sonuncu mismarın məhz Xankəndidə vurulması, bir sözlə, Azərbaycanın Ərazi bütövlüyünün Bərpa və Dövlət suverenliyinin tam təmin olunmasınan sonra baş verən prosesin - “Sözümüz imzamızdır!” deyən bir təfəkkürün növbəti məntiqi yekunudur...”.

 

Daha ətraflı “Mir Şahinin vaxtl”nın xüsusi buraxılışında: 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.