Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı
XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nazirlik zəvvarlara saxta şirkətlərin qurbanı olmamağı və müqəddəs səfərlərini yalnız səlahiyyətli şirkətlər vasitəsilə bron etməyi tövsiyə edib.

 

Qeyd edilib ki, Həcc ziyarətinin müvafiq icazə olmadan həyata keçirilməsi qanun pozuntusudur. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanında Həcc mərasimləri üçün bronlar rəsmi internet saytı və “Nusuk” proqramı vasitəsilə həyata keçirilir.

 

Şirkət əlavə edib ki, Avropa, ABŞ və Avstraliyadan olan zəvvarlar Həcc ziyarətini “Nusuk” platforması vasitəsilə bron edə bilərlər, İslam ölkələrindən bronlar isə xüsusi bron ofisləri tərəfindən həyata keçirilir.

Nazirliyin rəsmi mənbəsi bu il Həcc ziyarətinə getmək niyyətində olan insanlara müxtəlif ölkələrdə sosial şəbəkələrdə yayılan Həcc dələduzluğu kampaniyaları ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, Nazirlik şirkətlərin reklamlarını və kampaniyalarını diqqətlə izləyir, həmçinin sosial şəbəkələrdə saxta hesabları aşkar edir.

 

Mənbənin sözlərinə görə, insanların Həcc ziyarətini şirnikləndirici qiymətlərlə təşkil edəcəklərinə dair yalan vədlər verən bu cür aldadıcı kampaniyalara və şirkətlərə qarşı ayıq olmaları vacibdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.