İlham Əliyevin Berlində "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışı - TAM MƏTN
YENİLƏNİB

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.


Senzor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşılayıblar.


Sonra tədbir iştirakçıları birgə foto çəkdiriblər.


Aparıcı: İndi isə biz Azərbaycan Respublikasının Prezident Zati-aliləri cənab İlham Əliyevin çıxışını dinləyəcəyik.


Prezident İlham Əliyevin çıxışı


- Hörmətli cənab Kansler.


Hörmətli xanım nazir.


Xanımlar və cənablar.


Əvvəlcə, “Petersberq Dialoqu”nda iştirak etmək üçün məni dəvət etdiyinə görə cənab Kanslerə təşəkkürümü bildirmək istəyirəm. Bu gün burada sizinlə olmaq böyük şərəfdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.


COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.


Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Hesab edirəm ki, bu, həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.


Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.


Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir.


Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.


Cənab Kansler, xanım nazir, dəvətə görə bir daha minnətdaram. Sizin aranızda olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Sizə uğurlu müzakirələr arzulayıram. Sağ olun.


x x x


Sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts çıxış edərək deyib:


-Hörmətli cənab Prezident Əliyev. Mən Sizi növbəti İqlim Konfransının təşkilatçısı, bizim qonağımız kimi salamlamaqdan məmnunam.


Hörmətli xanım Annalena Berbok, cənab nazirlər.


Xanımlar və cənablar, sizin hamınızı Berlində salamlamaqdan çox məmnunam.


Kansler Olaf Şolts Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentinin iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələrin həlli baxımından mühüm əhəmiyyətini vurğuladı. O, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səyləri birləşdirməsinin vacibliyini xüsusi diqqətə çatdırdı. Artıq həmin istiqamətdə 78 dövlətin konkret iş birliyi yaratdığını dedi.


Olaf Şolts Dubayda keçirilmiş COP28-dən sonra bu sahədə məqsədyönlü tədbirlərin daha da gücləndirildiyini bildirərək dedi:


-Biz buradan Dubayda keçirilmiş beynəlxalq İqlim Konfransının uğurlarına boylanırıq. Eyni zamanda, biz səy göstəririk ki, bu ilin noyabrında Bakıda, gələn il isə Belendə keçiriləcək konfranslarla bugünkü konfransın uğurunu əlaqələndirək. Bizim məqsədimiz “Petersberq İqlim Dialoqu” vasitəsilə buna töhfə verməkdir.


Almaniyanın Kansleri iqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacağına əminliyini vurğuladı. O, qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl iş aparılacağını vurğulayaraq bildirdi:


-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə “Üçlük” olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Məhz bu istiqamətdə olan format uzunmüddətlidir və mən bunu alqışlayıram. Federal hökumət bütün gücü ilə bunu dəstəkləyəcək. Xanımlar və cənablar, Almaniya artıq bu istiqamətdə kurs götürüb.


Kansler Olaf Şolts iqlim dəyişikliyi ilə bağlı tədbirlərin lazımınca həyata keçirilməsi üçün ilkin hesablamaya görə təqribən 2,4 trilyon dollar vəsaitin lazım olacağını bildirdi. O, yaşıl texnologiyalara keçid və qarşıda duran digər çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gəlmək üçün birgə səyləri daha da gücləndirməyin zəruriliyini bildirərək vurğulayıb:


-Bakıda keçiriləcək konfransda 2025-ci ildən sonra da iqlimin maliyyələşdirilməsi əsas danışıqlar predmeti olaraq qalacaq. On beş il bundan əvvəl olduğu kimi, biz artıq gələcəyin texnologiyasından qoşqu kimi istifadə etmirik. Biz artıq nail olmuşuq ki, texnologiyaların qlobal səviyyədə maliyyələşməsi, yayılması mümkün olsun, özü də mümkün münasib qiymətlərlə.


**16:19

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməldir.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


“Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar”, - deyə dövlətimizin başçısı bildirib.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.


**


Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


“Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

**

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


“Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.


**15:25

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir.


Senzor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib.


Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətdə addımların atdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.


**15:07

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib: “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.

**

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.


Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. “Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir”, - deyə Prezident bildirib.

**


2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.

**

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb.


Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.


Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

**

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.


Senzor.az xəbər verir ki, dövlətimizin başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.

**

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.


Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.


**14:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər.


**

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib.


**14:16


Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb.

**

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub.


**13:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.


**


Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Ofisinə gəlib.


Senzor.az xəbər verir ki, Azərbaycan liderini Almaniya Kansleri Olaf Şolts qarşılayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.