Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub.


Senzor.az xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.


Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.


**13:37


Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.


Senzor.az xəbər verir ki, "Təzəpir"məscidində keçirilən vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Ombudsman Səbinə Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti İsa Həbibbəyli, sabiq və indiki millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.


Hadi Rəcəblinin cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

**11:10

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.


Senzor.az-ın xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.


Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.


Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.


**09:28

Azərbaycanın keçmiş millət vəkili Hadi Rəcəbli vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.

 

O, bu gün 76 yaşında dünyasını dəyişib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

 

Qurumdan verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Amma... Hadı Rəcəblinin həkiməqədər artıq keçindiyi  qeydə alınıb.

 

Mərhum deputatın qardaşı İqbal Rəcəbli isə bildirib ki, H.Rəcəbli ürəktutmasından vəfat edib. 

 

O, həmçinin qeyd dib ki, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində olacaq.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.