İraq Sərhəd Xidməti Türkiyə ilə sərhəddəki Zaho rayonuna aid Kişani kəndində iki hərbi baza qurub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda bildirilib ki, bu, sərhəd təhlükəsizliyini təmin etmək üçün İraq və Türkiyə arasında əməkdaşlıq çərçivəsində 30 ildən sonra atılmış ilk addımdır.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa səfər etmişdi. Bu, Türkiyə Prezidentinin 12 ildən sonra İraqa ilk səfəri idi.