Təl-Əvivdə minlərlə israilli qaçırılanların ailələrinə dəstək nümayişində iştirak edir.
Senzor.az bildirir ki, onlar yaxınları HƏMAS-ın əlində olanların qohumları ilə birlikdə hökumətdən nəyin bahasına olursa olsun Fələstin hərəkatı ilə sövdələşmə tələb edirlər.
Aksiya iştirakçıları yolda böyük bir yazı qoyublar:"Rəfah gözləyə bilər, onlar (girovlar - red.) – yox".
Həmçinin bildirilir ki, nümayişçilər yolun hərəkət hissəsində tonqallar qalayıblar və bu da polislə toqquşmalara səbəb olub.
Tel-Əvivin mərkəzi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Senzor.az