NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi.

 

“Ukrinform” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, ABŞ rəhbərliyi yardım paketi ilə bağlı bir neçə ay razılığa gələ bilmirdi: “Mən bilirəm ki, yardımla bağlı ciddi gecikmələr döyüş meydanında ciddi mənfi nəticələr deməkdir. Rusiya silahlanma ilə bağlı aylar boyu ciddi üstünlüyə malik oldu”.

 

Y.Stoltenberqin sözlərinə görə, Rusiya cəbhədə irəliləyə bilib: “Ancaq Ukraynanın üstünlük əldə etməsi üçün hələ də gec deyil. Daha çox yardım yoldadır. NATO müttəfiqlərinin dəstəyi ilə Ukrayna döyüş meydanında üstünlük qazana bilər”.

 

Baş katib qeyd edib ki, Alyans üzvləri Kiyevə dəstəyi artırmaqla bağlı razılığa gəliblər: “ABŞ-ın yeni yardım paketini təsdiqləməsi, Böyük Britaniyanın ən böyük yardım paketini elan etməsi, Almaniyanın əlavə hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi və Niderlandın yardımı artırması buna nümunədir”.

 

Y.Stoltenberq yaxın vaxtlarda müttəfiqlərdən Ukraynaya yardımla bağlı yeni açıqlamalar gözlədiyini diqqətə çatdırıb: “Alyans üzvləri Kiyevə kömək etməlidir. Biz həmçinin Ukrayna ilə birgə silah istehsalı üzərində işləyirik”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.