Tbilisidəki aksiyada gərgin anlar: Gürcüstanın keçmiş dövlət naziri saxlanıldı
YENİLƏNİB, VİDEO/ FOTO

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə “xarici agentlər haqqında” qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Petriaşvili polisə tabe olmamağa və kiçik xuliqanlığa görə inzibati qaydada saxlanılıb. 

Bundan əvvəl gürcü polisinin Tbilisinin mərkəzində etirazçılara qarşı bibər qazından istifadə etdiyi məlum olub.

 

Dəbilqə, qaz əleyhinə maska taxan xüsusi təyinatlılar parlamentin qarşısına cəlb ediliblər.


Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi vasitələrdən istifadə edildiyini təsdiqləyib və etirazçıları bir daha ictimai asayişi pozmamağa, polisin qanuni tələblərinə tabe olmağa çağırıb. 

**23:58 (28.04.2024)

Gürcüstan parlamentinin binası qarşısında aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qarşıdurmaya səbəb mitinq iştirakçıları tərəfindən Gürcüstan parlamentinin qarşısında hasarlanmış səhnəyə çıxmaq tələbi olub.

 

Hazırda aksiya iştirakçıları ilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları arasında danışıqlar gedir.

 

Mitinq iştirakçıları “Gəlin içəri girək” şüarları səsləndirirlər.

 

Gürcüstan DİN-in əməkdaşları da öz növbəsində aksiyanın təşkilatçılarını, iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa, ictimai asayişi qorumağa çağırıb.

  

"Həmçinin aksiyanın hər bir iştirakçısını Rustaveli prospektində, qanunvericilik binasının qarşısında qurulan səhnənin texnologiya və avadanlıqlarına xələl gətirməməyə çağırırıq. İstənilən qanun pozuntusunun qarşısı polis tərəfindən dərhal alınacaq”, - DİN-in bəyanatında deyilir.

**22:19

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinin əleyhinə çıxanlar parlamentin binasına yürüş ediblər.

 

Onlar qanun layihəsinin səsvermədən çıxarılmasını tələb edərək binanı əhatə etməyi planlaşdırırlar.

 

Müxalifət partiyaları təxribatlara yol verməmək üçün hakimiyyəti bir daha parlamentin müvafiq komitəsini sabahkı dinləmələri təxirə salmağa çağırıb.

  

**21:54


Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna etiraz əlaməti olaraq yenə aksiya keçirilir.

 

Senzor.az bildirir ki, Birinci Respublika meydanında keçirilən mitinqə bir neçə min insan toplaşıb. 

 

Qeyd edək ki, sabah parlamentin hüquq komitəsi mübahisəli qanun layihəsinə ikinci oxunuşda baxacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.