Ermənistana hakimiyyət dəyişikliyi olmalıdır, bizə bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu çağırışla aprelin 29-da keçirilən müzakirədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib.
“Cəmiyyətin qütbləşməsinə son qoymaq vacibdir. Ermənistan polis dövlətinə çevrilmək ərəfəsindədir”, - Vardan Oskanyan bildirib.
Qeyd edək ki, son günlər Ermənistanda müxalifət Paşinyan hökumətinə qarşı xeyli fəallaşıb. Müxalifət Qazaxın işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasından Paşinyanı devirmək üçün istifadə etməyə çalışır. Artıq bir həftədən çoxdur Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilməkdədir.