Rusiyaya qarşı sanksiyalar işə yaramır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Böyük Britaniya İcmalar Palatası Xəzinədarlığının Seçki Komitəsinin sədri Harriet Bolduin deyib.
“Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var. Beynəlxalq Valyuta Fondu bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır", - Bolduin vurğulayıb.
Komitə rəhbəri iddia edir ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları da bir o qədər çox görünür.
O bildirib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.