Livanda rabitə cihazlarında yeni partlayışlar: ÖLÜ SAYI 20 NƏFƏRƏ ÇATIB, 460 YARALI VAR
YENİLƏNİB, VİDEO

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.

 

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.


**22:46 (18.09.2024)


Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

 

Bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, azı 450 nəfər yaralanıb.

 

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.

 

**20:30


Livanda rabitə cihazlarında yenidən partlayışlar olub.

 

Senzor.az bildirir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

 

Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

 

Livan Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, yeni partlayışlar nəticəsində daha 9 nəfər ölüb, 300-dən çox yaralı var.

 

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

 

Ölənlər arasında "Hizbullah" liderlərindən birinin oğlu da var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.