Nazirin Türkiyə barədə Paşinyana pıçıltı ilə dediyi sözlər...
GÜNDƏM OLDU

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İrəvanda seçiciləri ilə görüşündə iştirak edən xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə bağlı Baş nazir Nikol Paşinyana söylədiyi sözlər müzakirə mövzusuna çevrilib.

 

“Teleqraf” xəbər verir ki, xarici işlər nazirinin Baş nazirin qulağına pıçıltı ilə söylədikləri  kənardan eşidilib.

 

Eşidilən hissədə belə deyilib: “Türklər bu gün açırlar... kodları... bir dənə “xoş gəlmisiniz “ mətni hazırlayaq”.

 

Paşinyan bundan sonra köynəyinə bərkidilmiş mikrofonu göstərib, Mirzoyan gülümsəyərək söhbəti dayandırıb.

 

Ermənistan Baş naziri jurnalistlərlə söhbətində xarici işlər nazirinin ona nə demək istədiyini və Türkiyə ilə bağlı hansı yeniliyin olduğunu izah edib.

 

Paşinyanın sözlərinə görə, söhbət ixrac olunan məhsulların üzərində edilən qeydiyyat və işarələmələrlə bağlı olub: “Bir məhsul hansısa yerə ixrac olunanda, onun üzərində göndərilən ölkə göstərilməlidir. Onların qaydalarına görə əvvəllər Ermənistan həmin ölkələr siyahısında yox idi, məhsul üçüncü ölkə kimi rəsmiləşdirilirdi, sonra isə üçüncü ölkədən Ermənistana yenidən ixrac olunurdu. Bilirsiniz ki, Ermənistanda Türkiyə istehsalı olan müxtəlif məhsullar var. Yəni məhsulları başqa ölkəyə aparır, orada rəsmiləşdirib sonra Ermənistana gətirirdilər. İndi isə qaydaları elə dəyişirlər ki, Ermənistan birbaşa göndərilən ölkə kimi göstərilə bilsin”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.