
Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə Moskvada Qırmızı Meydanda keçirilən parad başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, parad təxminən 45 dəqiqə davam edib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib. Sənəddə paradın keçiriləcəyi müddət ərzində Qırmızı Meydan ərazisinin Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxarıldığı bildirilir.
**11:27
Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirdə bir neçə xarici ölkə lideri iştirak edir.
Xatırladaq ki, bu il parad hərbi texnika olmadan təşkil edilib. Piyada kolonunun tərkibində Rusiya ordusunun ali hərbi təhsil müəssisələrinin hərbçiləri və ayrı-ayrı qoşun növlərinin nümayəndələri iştirak edəcəklər.
Paradın aviasiya hissəsi zamanı isə Qırmızı Meydanın üzərindən Rusiyanın aviasiya qruplarına məxsus təyyarələr uçacaq.