Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı sərt çağırış etdi: “BİR DƏ MOSKVADA QƏBUL EDİLMƏSİN!”
VİDEO

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Dövlət Dumasının plenar iclasında Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada qəbul edilməsinin dayandırılmasını tələb edib.

 

Yerli KİV bildirir ki, bu açıqlama Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda baş verən prosesləri Ukraynadakı hadisələrlə müqayisə etməsindən sonra verilib.

 

“Heç vaxt İrəvandan Qırmızı Meydana hücum çağırışlarının eşidiləcəyini düşünməzdim. Sual yaranır: İrəvanda niyə buna icazə verirlər, Moskvada Paşinyanı niyə qəbul edirlər? Təkid edirəm, bu fiqur bir daha paytaxtımızda görünməməlidir”, - Züqanov bildirib.

 

O qeyd edib ki, Ermənistan Baş naziri Rusiyaya qarşı olduqca alçaldıcı və təhqiramiz sözlər işlədib, 9 May Qələbə Günü ərəfəsində bundan artıq şey təsəvvür etmək çətindir.


“Teleqraf” bildirir ki, Gennadi Züqanov Ukrayna Prezidenti Volodimir Zelenskinin adını çəkməsə də, onun Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindəki çıxışına işarə edib. Zelenski mayın 4-də Ermənistanın paytaxtında rusların Qırmızı Meydanın üzərində dövrə vuran Ukrayna dronlarından qorxduqlarını söyləmişdi. Həmçinin o, mayın 9-da Qələbə paradı zamanı Moskvaya dron hücumunun olacağını bəyan etmişdi. Ukrayna liderinin açıqlamasından sonra Ermənistanın Rusiyadakı səfəri Xarici İşlər Nazirliyinə çağırılmışdı.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.