
İran münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların bərpası üçün ABŞ-a beş şərt irəli sürüb.
Bu barədə "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İran əleyhinə sanksiyaların aradan qaldırılması, dondurulmuş İran vəsaitlərinin aktivləşdirilməsi, müharibənin vurduğu zərərin kompensasiyası, İranın Hörmüz boğazı üzərində suverenliyə olan hüququnun tanınması daxildir.
"Bu şərtlərin məcmusu yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıdış üçün müəyyən edilib", - mənbə qeyd edib.
Atəşkəsdən sonra Ərəbistan dənizi və Oman körfəzində İranın blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlara etimadsızlığı daha da artırdığı barədə məlumat da vasitəçi qismində Pakistana ötürülüb.