
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə arasında 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan addımlar nəticəsində birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 2026-cı il mayın 11-də tamamlanıb.
Eyni zamanda bildirilib ki, iki ölkə arasındakı sərhədin açılması ilə bağlı işlər hazırda davam etdirilir.