Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.
Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.
Elias Rodriqesin saxlanılarkən çəkilən videosu yayılıb. O, "Fələstinə azadlıq!" şüarını səsləndirib.
Təhlükəsizlik orqanlarındakı mənbənin məlumatına görə, Elias Rodriqesin adı əvvəllər heç bir cinayətdə hallanmayıb. Təhlükəsizlik qurumundan o da bildirilib ki, bu saata qədər Elias Rodriqesin hadisəni törədərkən tək olduğu müəyyən edilib.
O, polisə təhvil verilərkən qətli törətdiyini etiraf edib və cinayəti törədərkən üzərində olan silahı hara atdığını da söyləyib.
**09:28
ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
CNN xəbər verir ki, bu barədə ABŞ-ın Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələniblər.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.
Şəhərin polis rəisi Pamela Smitin “Associated Press”ə dediyinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs "Azad Fələstin!" şüarı səsləndiririb.
Agentliyin yazdığına görə, ABŞ-ın Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.
ABŞ Prezidenti Donald Tramp isə “Truth Social”da V Vaşinqtondakı atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.
"Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-da nifrət və radikalizmə yer yoxdur", - Tramp ölən diplomatların ailələrinə başsağlığı verərək yazıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: