Məzahir Pənahovun oğlu hamilə arvadını vəhşicəsinə döyüb – FOTO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqda ittiham olunur.

 

Haqqın.az xəbər verir ki, zorakılıq ABŞ ərazisində törədilib və ona məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.

 

38 yaşlı H.P. Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Cütlük bundan sonra ABŞ-da, Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir işi-gücü olmayan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub (Məhəmməd və Ülkər Pənahovlara məxsus “Alphaand Export FZ-LLC” şirkətinin bu alqı-satqısını isbatlayan sənəd var).

 

Belə görünür ki, ata Pənahov gənc cütlük üçün bütün imkanları yaradıb.

 

Gənc cütlüyün maddi çətinlikləri olmayıb: onlar Britaniya banklarında – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarındakı hesablarındakı pulu dəbdəbəli Kaliforniyada sağa-sola xərcləyiblər.

 

Yeni ailə quranların şirin həyatı oğul Pənahov pis vərdişlərə, ilk növbədə, spirtli içkilərə meyli aludəçiliyə dönənə qədər heç vaxt pozulmayıb. O, birdəfəyə 26 şüşə pivəni boşaldırmış. Sonra isə boş şüşələri hamilə arvadına atırmış.

 

“Amansız döyüşlər”dən biri zamanı H.P. övladını itirib. 17 aylıq evlilikdən sonra o, Kaliforniyadakı villadan qaçmaq qərarına gəlib. Çarəsiz qalan H.P-nin valideynləri və yaxınları dəfələrlə ona Kaliforniya polisinə müraciət etməyi tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb. 

Pənahov hədə-qorxu gəlib, hər gün zəng vurub və arvadını ölümlə hədələyib. Buna baxmayaraq, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib. 

Amma burada da uğursuzluq var: bir ildən çoxdur ki, məişət zorakılığının qurbanı, döyülmə nəticəsində övladını da itirən şəxs boşanıb dinc həyata keçə bilmir. Pənahov təkcə həyat yoldaşını deyil, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələyərək boşanma prosesinə son qoyulmasını tələb edir. Pənahovlar tələb edirlər ki, H.P. ABŞ-a ərinin yanına qayıtsın və qızıl qəfəsdə dəbdəbəli həyat qarşılığında ağrıya, zorakılığa və alçaldılmağa dözsün.

 

H.P. isə dözmək istəmir və nicat yalvarışı ilə Azərbaycanın dövlət qurumlarına üz tutub. H.P. Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Ombudsmana, məişət zorakılığına məruz qalmış qadınların müdafiəsi sığınacağına müraciət edib.

 

Haqqin.az-ın redaksiyası H.P.-nin zorakılığa məruz qalmış qadınlar üçün sığınacağa yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

 

Redaksiya, həmçinin H.P.-nin işini nəzarətə götürdüyünü, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi təşəbbüsü ilə də çıxış etdiyini bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.