İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə danışıqların növbəti raundunun vaxtı açıqlanıb.
Senzor.az yerli KİV-ə istinadən bilir ki, bu barədə dialoqa vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, danışıqların beşinci raundu mayın 23-də Romada baş tutacaq.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb.