Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu alıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qərar Türk Dövlətləri Təşkilatının Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə qəbul olunub.
Təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və iştirakçı dövlət başçıları tərəfindən dəstəklənib.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.