İsrailin Baş naziri Vaşinqtonda baş verən terror aktı ilə əlaqədar İsrail diplomatik missiyalarının, o cümlədən onların dünya üzrə nümayəndələrinin təhlükəsizliyinin artırılması barədə göstəriş verib.
"Times of Israel"in məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu özü deyib.
"Mən İsrail missiyalarının, dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verdim", - o bildirib.
Netanyahu ABŞ Prezidenti Donald Trampa və Baş prokuror Pem Bondiyə "antisemitizmə qarşı aydın mövqelərinə görə" təşəkkür edib.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli şəxs saxlanılıb.