Hakan Fidana sui-qəsd cəhdi olub: harada, nə vaxt və necə? – TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN İLGİNC AÇIQLAMALAR
VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qalıb.

 

Senzor.az bildirir ki, bu barədə o, "24 TV"yə müsahibəsində danışıb.

 

Diplomat deyib: "Mənə sui-qəsd edildi. Zəhərləndim, müalicə olundum. Davamlı sui-qəsdlərə məruz qalırıq. Bu, mübarizəmizin bir hissəsidir. Mənə ağır dozada arsen (mərgümüş) və civə verildi. Bu, testlərdə təsdiq olundu. Bunlar bizi yolumuzdan döndərə bilməz. Zatən biz vətənə xidmət etmək üçün varıq. Sizə mənəvi və fiziki sui-qəsdlər edəcəklər. Prezidentimizə bir neçə dəfə etmək istədilər. Biz də onun yolu ilə gedən biri olaraq bütün bunlara məruz qalacağımızı öncədən bilirdik. Bu işin qaydası budur”.

 

XİN rəhbəri “Bunu kimin etdiyi barədə məlumatınız varmı” sualına belə cavab verib: “Gəlin, o detallara varmayaq, bunlar kənarda baş verən məsələlərdir. Düşmən təkcə daxildə deyil, hər yerdə var”.

 

Qeyd edək ki, sui-qəsd cəhdi H.Fidan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri işlədiyi dövrdə olub.

 

Yeri gəlmişkən, H.Fidan təxminən 1 saat 14 dəqiqə çəkən müsahibəsində bir çox vacib məqamlara – PKK məsələsinə, Hindistan ilə Pakistan arasındakı gərginliyə, İsrail – Türkiyə münasibətlərinə, Suriyadakı vəziyyətə və.s-də toxunub, ilginc yanaşmalar sərgiləyib. 

 

Bütün bunları nəzərə alaraq, həmin müsahibəni bütöv şəkildə təqdim edirik. Mütləq baxın, çox şeylərdən agah olacaqsınız...







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.