PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib.
"PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib", - yayılan məlumatda qeyd olunub.