ZELENSKİ BAKIYA GƏLİR? – Ukraynanın Azərbaycandakı səfiri Eynulla Fətullayevin suallarını cavablandırır
VİDEOSÖHBƏT

Ukraynanın Müstəqillik Günü ərəfəsində bu ölkənin Azərbaycandakı səfiri Yuri Qusev tanınmış azərbaycanlı jurnalist, pusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin suallarını cavablandırıb.

 

Senzor.az bildirir ki, jurnalist söhbət zamanı səfirə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi barədə müxtəlif suallar ünvanlayıb:

 

- Prezidentlər tez-tez bir-birinə zəng edir və deyəsən, Zelenski ilə Əliyev beynəlxalq siyasətdə, necə deyərlər, saatlarını yoxlayırlar. İki ölkə arasında yaxınlaşmaya hansı amillər səbəb olub - yeni xarici təhdidlər və çağırışlar?

 

-Vaşinqtondakı məlum danışıqlar prosesi, gözlənilənlərin əksinə olaraq, nəticəsiz başa çatdı. Ukraynada olduğu kimi, Avropada da dominant mövqe ondan ibarətdir ki, müharibəni yalnız Rusiyaya yeni təzyiqlər etməklə dayandırmaq olar. Yəni Kreml ancaq güc dilini başa düşür. Amma görünən odur ki, Vaşinqton Rusiyaya təzyiq alətlərini gücləndirməyə tələsmir. Sizcə, niyə?

 

-Eyni vaxtda Putinin hərbi əməliyyatları “qalib sona” qədər davam etdirmək niyyəti ilə bağlı bədbin qiymətləndirmələr də eşidilir. Bu dalandan çıxış yolu nədir? Baxmayaraq ki, Ukrayna mənbələri silah təchizatı ilə bağlı yeni problemlər barədə məlumat verirlər. Hətta hava hücumundan müdafiə raketləri də çatışmır... Qərb isə  yeni təchizatla bağlı tələsmir və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens hətta Vaşinqtonun hərbi müdafiə sistemini maliyyələşdirməyi dayandıracağını bəyan edir. Ukrayna bu şəraitdə barbar təcavüzə necə tab gətirə bilər?

 

-Bu arada Rusiya Ukrayna və Azərbaycana qarşı informasiya təxribatını davam etdirir. Rusiya xüsusi xidmət orqanları vaxtaşırı ortaya Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən “bəzi xüsusi əməliyyatların keçirilməsi” üçün cəlb edilmiş hansısa  Azərbaycan vətəndaşlarının saxlanması ilə bağlı dezinformasiya xarakterli məlumatlar atırlar. Kreml Azərbaycana və onun vətəndaşlarına qarşı eyhamlar, ittihamlar yaymaqla hansı məqsədi güdür?

 

-Bütün bu ziddiyyətli xəbərlər fonunda mətbuatda Prezident V.Zelenskinin Azərbaycana səfərinin hazırlanması barədə məlumat yayılıb. Bu məlumat nə dərəcədə doğrudur? Və iki dövlətin ittifaqının möhkəmlənməsi fonunda bu il Ukrayna Prezidentini Bakıda görə biləcəyikmi?

 

Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq Eynulla Fətullayevlə Ukrayna səfirinin həmin maraqlı vidosöhbətini öz oxucularına təqdin edir:

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.