"Sədərək"dəki yanğının bəzi təfərrüatları açıqlandı
VİDEO

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları məlum olub.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.

 

O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

 

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

 

“Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

 

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub”, - o bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.