Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır.
Senzor.az bildirir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin abituriyentlərə və valideynlərə müraciətində belə deyilir.
“Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.
Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir", - müraciətdə bildirilib.