Şimali Koreya ordusu növbəti raket sınağı həyata keçirib.
Senzor.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sınaqlar yeni hava hücumundan müdafiə sisteminin imkanlarını üzə çıxarıb.
Raketlər müxtəlif hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.