“Sədərək” ticarət mərkəzindəki yanğın tam söndürülüb
YENİLƏNİB, VİDEO/ FOTO

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

**10:00


“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb. 

 

Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.

 

Qeyd edlib ki, hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

 

**22:55 (24.08.2025)


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülməyə çalışılan Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yanğın davam edir.

 

Senzor.az bildirir ki, ərazidə FHN-in xeyli sayda şəxsi heyəti və xüsusi texnikası çalışır.

 

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə saat öncə FHN   yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı.


**13:45


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

 

Bu barədə Senzor.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Əlavə məlumat veriləcək.

 

**13:33

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Bu barədə Senzor.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

 

Əlavə məlumat veriləcək.

 

**13:22


Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar əraziyə 3 təcili yardım briqadası cəlb edilib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

**13:14

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Bu barədə Senzor.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

 

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.


 ** 12:18


Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Bu barədə Senzor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.


**12:10

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Senzor.az-a FHN-dən bildirilib

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Əlavə məlumat veriləcək.

 














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.