Ermənistandan kənd təsərrüfatı məhsulları aparan yük maşınları RUSİYAYA BURAXILMADI

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan sosial media hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.

 

Deputatın daşıyıcılara istinadla verdiyi məlumata əsasən, səbəb kimi guya yeni fitosanitar tələblərin tətbiqi göstərilir.

 

Danielyan qeyd edib ki, yaranmış vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur.

 

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə yüklü olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.

 

D.Qarnik vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.