Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın resurslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatı və platforması yaradıb.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi regionda yeni imkanlar vəd edir: "Azərbaycanın təcrübəsində regionda qurulan əməkdaşlıq modeli, eynilə Mərkəzi Asiya ölkələri ilə qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi bir daha Azərbaycanın regional liderlik, regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun bariz göstəricisidir".

 

Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyasında isə Hikmət Hacıyev deyib ki, bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub: "Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgəyə sabitlik gətirdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.