
İranın Hərbi Dəniz Qüvvələri rəqiblərinə yeni məğlubiyyət yaşatmağa hazırdır.
Senzor.az bildirir ki, İranın Ali lideri Müctəba Xameneinin Milli Ordu Günü münasibətilə verdiyi və onun Mətbuat xidmətinin "Telegram" kanalında dərc olunan bəyanatında belə deyilir.
"İslam ordusu əvvəlki iki müharibədə olduğu kimi, indi də ona aid olan torpağı, suyu və bayrağı cəsarətlə müdafiə edir və xalqın dəstəyinə arxalanır. İran Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır", - bəyanatda vurğulanıb.