Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi

Milli Məclisin deputatı Mixail Zabelinin sədrliyi ilə Azərbaycan Rus İcmasının ümumi hesabat-seçki yığıncağı keçirilib.

 

Bu barədə Rus İcmasının sosial şəbəkə hesablarında məlumat yayılıb.

 

Mixail Zabelin hesabat məruzəsi ilə çıxış edib. Əsas istiqamətlər üzrə fəaliyyət haqqında sədrin birinci müavini Anastasiya Lavrina, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova, eləcə də Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina məlumat veriblər.

 

Gənclərin ictimai və mədəni həyata cəlb edilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və ənənələrin qorunub saxlanılmasına yönəlmiş Azərbaycanın Rus İcması nəzdindəki Rus Gəncləri Assosiasiyasının fəaliyyəti ayrıca qeyd edilib.

 

Həmçinin İcmanın Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın gücləndirilməsinə, cəmiyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında dostluq ənənələrinin qorunmasına verdiyi mühüm töhfə vurğulanıb.

 

Müzakirələrin yekunlarına əsasən Azərbaycanın Rus İcmasının hesabat-seçki yığıncağının qətnaməsi yekdilliklə qəbul edilib.

 

Daha sonra icmanın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə yolu ilə Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib.

 

Bundan sonra Respublika Şurası üzvlərinin və sədr müavinlərinin seçkisi olub. Anastasiya Lavrina və Vitali Kovalyov sədrin birinci müavinləri, Lyubov Yakunina və Dmitri Kozin isə sədr müavini vəzifələrinə seçiliblər.(Modern.az)

**






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.