Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üz-üzədir - VİDEO

Bu gün dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üz-üzədir.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.

 

Türkiyə liderinin sözlərinə görə, bu, dünya ictimaiyyəti üçün olduqca ciddi bir təhlükədir: "Beynəlxalq arenada yaşanan problemin ölçüsü düşündüyümüzdən də böyükdür".

 

Ərdoğan deyib ki, bu gün diplomatiya ancaq problemlərin və mənafelərin müzakirə edildiyi bir sahə olmaqdan kənara çıxır və insanlığın, ortaq gələcəyin təməlini təmsil edir.

 

Prezident bəyan edib ki, bu gün beynəlxalq sistemdə yaşanan sarsıntıları yalnız güc balansındakı dəyişikliklərlə izah etmək hamını məsələnin mahiyyətindən uzaqlaşdırar: "Bu gün dünya güc böhranı ilə yanaşı, eyni zamanda bir istiqamət böhranı da yaşayır. Qaydalara əsaslandığı iddia edilən sistem isə qaydaların pozulduğu yerdə susur. Bu günün dünyasında qaydaların pozulmasının ən yüksək həddə olduğunu görürük. Biz eyni zamanda insan haqlarını və beynəlxalq təhlükəsizliyi qorumaq məsuliyyətində olan mexanizmlərin ən ağır hücumlar qarşısında effektsiz olduğunu görürük".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.