İrandan göndərilən külli miqdarda narkotik vasitələri Beyləqandan Bakıya gətirmək istədi...
PLANINI POZDULAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti  tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.

 

Senzor.az bildirir ki, bu barədə DTX məlumat yayıb.

 

Qeyd olunub ki, əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda "Metadon" M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.

 

Qeyd olunub ki, keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli "Metadon" M-40 həbləri aşkarlanaraq götürülüb.

 

DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.