Goranboy rayonunda 35 yaşlı qadın intihar edib.
"Report"un məlumatına görə, hadisə Boluslu kəndində qeydə alınıb.
Kənd sakini, A.Nəsibova evdə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İki uşaq anası olan qadının intiharının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.