Ombudsman zorakılığa məruz qaldığı iddia edilən məktəbli və anası ilə görüşdü

Xəbər verdiyimiz kimi, media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumat yayılıb. 

Ombudsman Aparatı tərəfindən məsələ ilə bağlı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparılıb.

 

Senzor.az Ombudsman Aparatına istinadən bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.

 

Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.

 

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.