Bakıda özünü binadan atan qadının kimliyi müəyyənləşib.
APA xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızıdır.
O, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.
**01:26
Bakıda qadın iki uşağı ilə birlikdə intihar etmək istəyib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.
Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.
Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.
İntihara cəhdin dəqiq səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.