Türkiyənin vitse-prezidenti Fuat Oktay Prezident Administrasiyasının Mədəniyyət və İncəsənət Siyasəti İdarəsinin üzvü və Prezidentin müşaviri Hümeyra Şahin ilə ailə qurub.
“Haber Global”ın məlumatına görə, cütlüyün nikahına Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahidlik ediblər.
İstanbulda keçirilən toy mərasiminə cütlüyün yaxınları da qatılıblar.
Xatırladaq ki, bir müddət əvvəl 58 yaşlı Fuat Oktayın 46 yaşlı Hümeyra Şahinlə nişanlandığı barədə məlumat yayılmışdı.
Onu da qeyd edək ki, Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.