Şəkidə bir gecədə iki nəfər həyatına qəsd edib.
APA-nın məlumatına görə, intihar hadisələrinin birincisi iyulun 23-ü saat 22 radələrində Şəki şəhəri, Yunuslar küçəsində baş verib. 1962-ci il təvəllüdlü Akif Şövkət oğlu Cabbarov yaşadığı ünvanda intihar edib.
İkinci intihar hadisəsi isə 24 iyul gecə saat 03 radələrində şəhərin M.Hacıyev küçəsində baş verib. 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov da yaşadığı ünvanda intihar edib.
Hər iki faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.