Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.
Senzor.az-ın məlumatına görə, hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.
Belə ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.