Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olundu
RƏSMİ

Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

 

O qeyd edib ki, son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov adlı şəxs müsahibələr verərək polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib: "Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi öz qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazidd əməlləri ört-basdır etmək məqsədi daşıyır.

 

Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini gənc qadın A.K. (ad, soyadı şərti) uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etməsini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.

 

Qadın ərizələrində Elnur Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə Elnur Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü. Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K-nın təqibini davam etdirdiyinə görə sonuncu növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib, eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər.

 

Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Həsənov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.