Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Senzor.az bildirir ki, miladi təqvimlə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.
Belə ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.
Məhərrəm ayının 10-u, yəni Aşura günü isə avqustun 8-nə düşəcək.
Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.