Gürcüstanda iki soydaşımız bədbəxt hadisənin qurbanı oldu

Gürcüstanın soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

 

“Report”un məlumatına görə, hadisə Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində qeydə alınıb.

 

Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib. Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.

 

Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölmüş  halda aşkarlanıb.

 

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.