Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub.
Senzor.az DİN Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xatırladır ki, Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı cari ilin iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.