Polis Qubada əməliyyat keçirdi
ŞABRANLI İKİ QARDAŞ SAXLANILDI

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri - Zaur və Vüqar Bəgiyev qardaşlarını saxlayıblar.

 

Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşların meşə zolağında əkib yetişdirdikləri 156 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

 

Bundan əlavə olaraq həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5 kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan) aşkar olunaraq götürülüb.

 

Həmçinin davam etdirilən əməliyyat tədbirləri zamanı V.Bəgiyevin evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.