Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu ilə anadan olduğu Şəmkir rayonunun Qaracəmirli kəndində vida mərasimi keçirilib.
Senzor.az bildirir ki, vida mərasimindən sonra şəhid əsgər Qaracəmirli qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid əsgərin vida və dəfn mərasimlərində Anar Kazımovun yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!
Sədrəddin Mikayıloğlu,
Senzor.az