Bu gün Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 330 km-də qeydə alınıb.
Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Mirzə Kazımov yolu keçmək istəyərkən maşın onu vurub öldürüb. Sürücü isə hadisə yerindən qaçıb. Amma çox uzağa gedə bilməyib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin sürücü - Əmiraslanov Elsevər Vaqif oğlu “isti izlər”lə tapılıb və istintaqa cəlb edilib.