Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs saxlanıldı
RƏSMİ

Bakıda gənc oğlanı qətlə yetirən şəxs tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.

 

Aparılan araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranan mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq tədbirləri davam edir.

 

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

APA-nın məlumatına görə, Niyaməddin Dərşad oğlu Muradov parkda qətlə yetirilib.

 

O, naməlum kişinin qadının əlindən telefonu alaraq onu döyməsinin şahidi olub. N. Muradov dərhal qadını müdafiə etməyə çalışıb. Həmin kişi isə bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.